Azərbaycan Dövlət Pedaqoji Universitetin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının dosenti Pərişan Məhərrəm qızı Həsənova dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, bu barədə Pedaqoji Universitetin Mətbuat xidməti məlumat yayıb.
Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.//Bakıvaxtı.az
Allah rəhmət eləsin!

