Medianews.az
Naxçıvanda <span style=color:red>ilin ilk körpələri əkizdir
224 baxış

Naxçıvanda ilin ilk körpələri əkizdir

Naxçıvan Perinatal Mərkəzdə yeni ilin ilk əkiz körpələri dünyaya göz açıb. Medianews.az xəbər verir ki, yanvar 1-də saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı qeysəriyə üsulu ilə əkiz oğlan uşaqları dünyaya gətirib. 38 həftəlik, biri 2,6 kq, digəri 2,3 kq çəkidə doğulan uşaqlar tam sağlamdır. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

Bizə qoşulun