Medianews.az
YPX avtomobili digər maşınla <span style=color:red>TOQQUŞDU - VİDEO
322 baxış

YPX avtomobili digər maşınla TOQQUŞDU - VİDEO

Bakı-Sumqayıt yolunda, DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə yayımlanıb. Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus BMW markalı avtomobil ilə 10-TM-138 dövlət nömrə nişanlı BMW markalı maşın toqquşub. Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Lakin yaralıların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYP) sorğu verilib.

Bizə qoşulun