Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Xaqani Cəfərli bildirib ki, Məsud Pezeşkianın İran Prezidenti seçilməsi bəşəriyyət tarixində analoqu olmayan bir hadisədir: “Məlum olduğu kimi, İran etnik kimliyi inkar edən, dini kimliyi (ümmətçilik) dövlət ideologiyasına çevrirmiş bir dövlətdir. Məsud Pezeşkian isə Azərbaycanda (Güney) doğulduğunu, milliyyətinin türk olduğunu bütün seçki kampaniyası zamanı vurğalamaqdan çəkimədi. Digər tərəfdən Məsud Pezeşkianın ailəsində farsca (İranın rəsmi dövlət dili) danışılmasını qadağan etdiyini bəyan etməsi İranın həm rəsmi dövlət siyasətinə, həm də qeyri-rəsmi farsçılıq siyasətinə qarşı çox açıq və cəsarətli çıxış idi. Bəşər tarixində ikinci belə bir nümunə yoxdur.
Təbrizin “Traktor” futbol komandasının tarixdə ilk dəfə İran çempionu olması, qənaətimcə, Məsud Pezeşkianın qələbəsini mümkün edən milli yüksəlişin nəticəsidir. Güney Azərbaycanda milli oyanışın başladığı fikri ilə razı deyiləm. Əksinə, hesab edirəm ki, bu mərhələ artıq başa çatıb və yeni mərhələ başlayıb”.
Politoloqun qənaətincə, hazırda İranda kəmiyyətin keyfiyyətə keçməsi müşahidə olunur: “Təbiətdə olduğu kimi cəmiyyətdəki hadisə və proseslərdə də kəmiyyətin keyfiyyətə keçməsi qanunu qüvvədədir. Etibarlı araşdırmalara görə, azərbaycanlılar (Azərbaycan türkləri) İranda sayca ən çox olan millətdir. İndi müşahidə olunan bu çoxluğun kəmiyyətdən keyfiyyətə keçməsidir.
Prosesin nə ilə nəticələnəcəyi isə dünyada baş verən proseslərdən, İrandakı soydaşlarımızın qərarlarından və Azərbaycan Respublikasının mövqeyindən asılı olacaq. İstənilən halda bundan sonra İran coğrafiyasında əsas söz sahibi azərbaycanlılar olacaq. Belə demək olar ki, İranın bundan sonrakı taleyi azərbaycanlıların qərarlarından asılıdır”.
Nailə Qasımova,
Medianews.az
05.05.2025, 14:07
370
baxış
Azad
"Bundan sonra İranda əsas söz sahibi azərbaycanlılar olacaq" - Politoloq
Milliyyətcə azərbaycanlı (türk) olan, üstəlik, milli kimliyini nəinki gizlətməyən, üstəlik, az qala bunu nümayişkaranə surətdə qabardan Məsud Pezeşkianın İran İslam Respublikasının Prezidenti seçilməsi, bundan sonra istər öz ölkəsində, istərsə də Azərbaycan Respublikasına səfəri zamanı milli şüurun formalaşmasında böyük rolu olan Məhəmmədhüseyn Şəhriyardan ana dilində şeirlər söyləməsi, Tehranla Bakı arasında gərginliyə su səpməsi, ardınca Təbrizin “Traktor” futbol komandasının tarixdə ilk dəfə İran çempionu olması... Bütün bunlar arasında bir daxili, mənəvi əlaqə tapmaq mümkündürmü? Güney Azərbaycanda oyanış baş qaldırıbmı? Belədirsə, bu proses nə ilə nəticələnə bilər?

Paylaş: