30.05.2025, 12:31
94
baxış
Azad
Almaniyanın on minlərlə əlavə hərbçiyə ehtiyacı var
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) rəhbəri Andre Vüstner ölkədə hərbi qulluqçu sayının 260 minə qədər artırılmasını təklif edib.
Hazırda Almaniya Silahlı Qüvvələrinin təxminən 180 min hərbi qulluqçusu var.
Vüstner bildirib ki, Bundesver mütləq şəkildə pandemiyadan əvvəl hədəf kimi göstərilən 203 min nəfərlik heyətdən daha böyük olmalıdır.
NATO sammitinə və Almaniyanın orada nə vəd edəcəyinə nəzər salan Vüstner qeyd edib ki, yeni hərbi xidmət formasını məcburi element olmadan təsəvvür edə bilmir. Hərbi Dəniz Qüvvələrinin inspektoru, vitse-admiral Kaak isə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində effektiv hərbi xidmətin vacibliyindən danışıb. O deyib: “Hərbi xidmətə cəlb olunan hər bir şəxs, yaxşı təklif alarsa, potensial müddətli hərbçiyə çevrilə bilər”.
Alman Təhlükəsizlik və Müdafiə Sənayesi Federal Assosiasiyası isə Bundesver üçün alınacaq avadanlıqlara dair mümkün qədər tez aydınlıq gətirilməsini tələb edir. Assosiasiyanın baş icraçı direktoru Atspodien deyib ki, konkret investisiyalar üçün hələ də qüvvədə olan federal büdcə yoxdur.
Sarvan Səmədoğlu,
Almaniya