Keçmiş “Barselona” futbolçusu Gerar Pike “Real Madrid”lə bağlı maraqlı açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Pike “Real Madrid”də baş verən dəyişiklikləri şərh edərkən komandanın sabiq məşqçilərindən José Mourinho barədə də danışıb.
O bildirib ki, Alvaro Arbeloanun “Real Madrid”də qalmasını istəyərdi, çünki onun komandaya xüsusi rəng qatdığını düşünür.
Pike həmçinin qeyd edib ki, Mourinyo ilə birlikdə “Real Madrid”də futbol müzakirələrinin azalacağını və daha çox şou elementlərinin ön plana çıxacağını bildirib.
Medianews.az