Medianews.az
"İrəvan qazılığının bərpa olunmasına Ermənistanın münasibəti bizi maraqlandırmır" - <span style=color:red>QMİ sədri
85 baxış

"İrəvan qazılığının bərpa olunmasına Ermənistanın münasibəti bizi maraqlandırmır" - QMİ sədri

"İrəvan qazılığı yaradılmayıb, bərpa edilib. O ərazilər bizim əbədi torpaqlarımızdır. İrəvan qazılığının bərpa olunmasına Ermənistanın münasibəti bizi maraqlandırmır". Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam hacı Allahşükür Paşazadə deyib. O bildirib ki, 1988-ci ildə azərbaycanlılar İrəvandan deportasiya edildikləri üçün oradakı qazılığın fəaliyyəti dayandırılmışdı: "Biz ümid edirik ki, yenidən öz torpaqlarımıza qayıdacağıq və tezliklə o torpaqlarda da qazılıq fəaliyyət göstərəcək".

Bizə qoşulun