Medianews.az
Damlanı 48.000.000, Gülxar Həsənovanı 2300 nəfər dinləyirsə… – <span style=color:red>Ekspert
545 baxış

Damlanı 48.000.000, Gülxar Həsənovanı 2300 nəfər dinləyirsə… – Ekspert

Texnologiyaların inkişafı təfəkkürü heç də inkişaf etdirə bilməyib. Təhsil eksperti Etibar Əliyev belə düşünür.   Medianews.az-ın məlumatına görə, Etibar Əliyev fikrini sosial media hesabında yaydığı belə bir misalla əsaslandırıb: “ABŞ-da Çaykovskinin ilk konserti 1891-ci ilin aprel ayında Nyu-Yorkun Karneqi zalında baş tutanda onu zalda 2000-ə yaxın insan dinləmişdi. 1964-cü ildə həmin zalda "Bitlz" rok qrupu konsert verəndə televiziyanın hesabına tamaşaçıların sayı 73 milyona çatmışdı. Son illərin məşhur konsertlərini peyk vasitəsilə 2 milyarddan çox adam dinləyə bilir. Heç yadımdan çıxmır. Ötən əsrin 70-80-ci illərində Qərbi Azərbaycanda məktəbdə oxuduğumuz illərdə hamı xalq mahnıları və muğamlara qulaq asmaq üçün saat 5-də "VEF" radionun ətrafına toplaşardı. Hər gün saat 2-də isə muğam saatı olurdu. Musiqdən həzz alardıq. Texnologiyalar təkmilləşdi. İndi baxıram: Damlanın oxuduğu mahnının izləyicilərinin sayı 48 milyon, rəhmətlik Gülxar Həsənovanın ifa etdiyi möhtəşəm "Kəsmə şikəstə"nin dinləyicilərinin sayı 2300 nəfərdir. Texnologiyaların yenilənməsi təfəkkürdə dəyişiklik yarada bilmədi...” Toğrul Əli, Medianews.az

Bizə qoşulun