Medianews.az
Kral Trampı geri addım atmağa <span style=color:red>vadar etdi
459 baxış

Kral Trampı geri addım atmağa vadar etdi

Prezident Volodimir Zelenski fevralın 28-də ABŞ-ın prezidenti Donald Tramp və vitse-prezidenti Cey Di Vensin öncədən ssenariləşdirilmiş hücumu qarşısında qüdrətli dövlətin liderləri ilə mübahisə edərək ölkəsinin maraqlarını qoruduqdan sonra Ağ Evi erkən tərk etdi. ABŞ telekanallarında canlı yayımlanan bu hadisə Rusiyanın işğalçılıq siyasətinə rəşadətlə müqavimət göstərən Ukraynanın raşizm qarşısında təklənə biləcəyi qorxusunu yaratdı. Belə bir anda Böyük Britaniya dövləti özünün bütün siyasi gücünü nümayiş etdirərək bütün dünyaya, o cümlədən ABŞ-ın qüdrətli rəhbərliyinə Ukraynanın tək olmadığını, Birləşmiş Krallığın Kiyevi sonuna qədər və Ağ Evə rəğmən dəstəkləyəcəyinin mesajını verdi. Avropada deyildiyi kimi bir kraldan daha üstün olan Britaniya kralı siyasi səhnəyə daxil oldu. Kral III Çarlz Ukrayna prezidentini özünün sarayında, Trampın tənqidinə səbəb olan geyimdə qəbul elədi. Baş nazir Kir Starmer Ukrayna prezidentini dövlət protokoluna və ənənəyə uyğun olaraq hökumət iqamətgahının pilləkənlərində deyil, avtomobildən enərkən qarşıladı. Bu günlərdə “The Times” qəzetinə müsahibə verən Kir Starmer həmin günləri xatırlayaraq belə deyib: “Onun Ağ Evdən tək getdiyini çox yaxşı bilirdim. Ona görə də yanına getdim və onu qucaqladım”. Kir Starmer müsahibəsinin ardında bildirir ki, eyni səbəbdən onu maşına qədər ötürmək qərarı verib”. Bu hərəkətlərini Kir Starmer belə ifadə edib: “Mən onu tək qoymadığımızın bilinməsini istədim”. Kral III Çarlz və baş nazir Kir Starmerlə yanaşı müxalifətdəki Mühafizəkar Partiyasının lideri Kemi Badenok açıqlama yayaraq Ukrayna prezidentini birmənalı dəstəklədi. Kemi Badenok açıqlamasında ondan sonra Mühafizəkarlar Partiyasına rəhbərlik edəcək xələflərinin də Ukraynanı tərəddüdsüz dəstəkləyəcəklərini bəyan etdi. Ukraynanın 24 fevral 2022-ci ildən sonra ən çox dəstəyə möhtac olduğu bir zamanda əfsanə lider Boris Consonun səssiz qalması mümkün deyildi. Zelenskinin reytinqinin 4 faiz olduğunu bəyan edən Trampa sərt cavab verən Boris Conson Ukrayna prezidentinin reytinqinin Ağ Evin rəhbərinin reytinqinə bərabər olduğunu bəyan etdi. Boris Conson sosial şəbəkələrdə paylaşımlarla yanaşı xüsusi məqalə ilə çıxış edərək Ukraynanı birmənalı şəkildə müdafiə etdi. Birləşmiş Krallığın bütün dövlət gücünü ortaya qoyması Trampı geri addım atmağa və Ukrayna prezidenti ilə dialoqu bərpa etməyə vadar etdi. Birləşmiş Krallığı dünyada ən etibarlı və etimadlı müttəfiq edən də bu siyasətdir. Birləşmiş Krallığın dünyanın siyasi və maliyyə gücü kimi təsnif edilməsinin bir səbəbi də Böyük Britaniyanın müttəfiqləri üçün etibarlı və etimadlı müttəfiq olmasıdır. Birləşmiş Krallığın bu davranışı müttəfiqin necə olmalı olduğunun da ən gözəl nümunəsidir və bütün dövlətlər üçün örnək olmalıdır. Xaqani Cəfərli, politoloq

Bizə qoşulun