Medianews.az
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur -
147 baxış

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - VİDEO

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez Parisdə görüntülənərək yenidən diqqət mərkəzinə düşüb.

56 yaşlı ulduzun şəhər gəzintisi zamanı seçdiyi geyim tərzi və fit görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Paparatsilərin lentə aldığı kadrlarda Ceylonun zövqlü küçə stili və enerjili görüntüsü izləyicilərin diqqətini cəlb edib.

Sosial media istifadəçiləri məşhur sənətçinin yaşına baxmayaraq qoruduğu formaya heyranlıqlarını ifadə ediblər. Bəzi izləyicilər onun görünüşünü tərifləyərkən, digərləri isə geyim seçimini müzakirə mövzusuna çeviriblər.

Qısa zamanda yayılan görüntülər çoxsaylı şərh və bəyənmə toplayaraq gündəmdə yer alıb. Cennifer Lopez bir daha həm səhnədə, həm də gündəlik həyatda diqqət çəkməyi bacardığını nümayiş etdirib./milli.az

Bizə qoşulun