ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə 2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin II turunun oyunlarına start veriləcək.
Medianews.az BAKU.WS-ə xəbər verir ki, A qrupunda Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da Atlanta stadionunda keçiriləcək. Oyunu ABŞ-dan olan baş hakim Tori Penso idarə edəcək.
Qrupun digər matçında isə Meksika yığması Cənubi Koreya ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 19-da saat 05:00-da Qvadalaxara stadionunda baş tutacaq. Oyunun baş hakimi Uruqvay təmsilçisi Qustavo Texera olacaq.
B qrupunda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq. Matç bu gün saat 23:00-da Los-Anceles stadionunda keçiriləcək. Görüşü Portuqaliyadan olan baş hakim Juan Pineyru idarə edəcək.
Qrupun digər oyununda Kanada yığması Qətərlə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma iyunun 19-da saat 02:00-da Vankuver şəhərində yerləşən "BC Place" stadionunda keçiriləcək. Baş hakim Çilidən Kristian Qaray olacaq.
Qeyd edək ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.
DÇ-2026
18 iyun
A qrupu
II tur
20:00. Çexiya - Cənubi Afrika Respublikası
Baş hakim: Tori Penso (ABŞ).
Atlanta stadionu
19 iyun
05:00. Meksika - Cənubi Koreya
Baş hakim: Qustavo Texera (Uruqvay).
Qvadalxara stadionu
1. Meksika 1 1 0 0 2-0 3
2. Cənubi Koreya 1 1 0 0 2-1 3
3. Çexiya 1 0 0 1 1-2 0
4. CAR 1 0 0 1 0-2 0
B qrupu
18 iyun
23:00. İsveçrə - Bosniya və Herseqovina
Baş hakim: Juan Pineyru (Portuqaliya).
Los-Anceles stadionu
19 iyun
02:00. Kanada - Qətər
Baş hakim: Kristian Qaray (Çili).
Vankuver, "BC Place" stadionu
1. İsveçrə 1 0 1 0 1-1 1
2. Kanada 1 0 1 0 1-1 1
3. Qətər 1 0 1 0 1-1 1
4. Bosniya və Herseqovina 1 0 1 0 1-1 1