İşlərini təhvil versələr də şirkətdən aylardır əməkhaqqlarını ala bilmirlər.
“Agah” şirkətlər qrupunda çalışanlar iddia edirlər ki, şirkət 50-yə yazın işçini işlədib, lakin əmək haqlarını ödəmir. Onların sözlərinə görə, dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır.
Şikayətçilər deyirlər ki, maaşların verilməməsi ilə bağlı onlara müxtəlif səbəblər göstərilir.
Problemlə bağlı "Agah şirkətlər qrupu"nun nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqləyib. Lakin problemin onlardan qaynaqlanmadığı bildirilib.
Şirkət nümayəndəsi onu da əlavə edib ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əmək haqqı ödəniləcək.
Mövzu ilə bağlı daha ətraflı xezerxeber.az-ın videomaterialında: