Medianews.az
Azərbaycan nefti nə qədər ucuzlaşdı?
225 baxış

Azərbaycan nefti nə qədər ucuzlaşdı?

Aprelin 9-da “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 120,44 dollara düşüb. Ötən gün “AzəriLayt”ın barreli 140,68 dollara satılmışdı.

Medianews.az bildirir ki, dünya bazarında neft ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən apardığı hərbi əməliyyatlar dalğasında kəskin bahalaşıb. Aprelin 8-də əldə olunmuş atəşkəs razılaşması qiymətləri cilovlayır.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib. Yanvar-fevral aylarında ölkədə kondensatla birlikdə 4,3 milyon ton neft çıxarılıb, xaricə 1,7 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Medianews.az

Bizə qoşulun