Gəncədə yanğın hadisəsi baş verib.
Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən Avtomobillərin utilizasiyası zavodunda qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
FHN-dən bildirilib ki, ərazidə olan təkər tullantıları və yarasız avtomobillərin hissələri yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.