Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ildə Azərbaycanda hər 1000 nəfərə 9,4 doğum qeydə alınıb. Bu, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən bəri ən aşağı göstəricidir.
Medianews.az bildirir ki, bir çox ərazidə doğum göstəricisi ölkə üzrə göstəricini üstələyib. Bakının Qaradağ rayonunda 1000 nəfərə 11,9, Yasamal rayonunda 10,3 doğum rəsmiləşib.
Yardımlı 1000 nəfərə 14,2 doğumla birinci yerdə qərar tutub.
Qobustanda 1000 nəfərə 14, Cəlilabadda 13,9, Kəlbəcərdə 12,9, Xocalıda 12,8, Astarada 12,6, Laçın və Biləsuvarda 12,3, Şamaxıda 12 doğum sənədləşib.
1000 nəfərə doğumun 9,4-dən çox olduğu qalan ərazilər bunlardır:
Ağcabədi, Ağdam, Xocavənd, Lerik - 1000 nəfərə 11,7 doğum
Ağsu, Bərdə - 11,6
Sabirabad, Salyan, Tovuz - 11,5
Göygöl rayonu, Ucar, Yevlax - 11,3
Füzuli, Quba, Zərdab - 11,2
Daşkəsən, Kürdəmir - 11,1
Ağstafa, Goranboy - 11
Ağdaş, Qəbələ, Samux - 10,6
Saatlı, Şabran - 10,5
Göyçay, İsmayıllı, Siyəzən - 10,4
Beyləqan, Hacıqabul, Xaçmaz, Şəmkir, Tərtər - 10,3
İmişli, Qubadlı - 10,1
Cəbrayıl - 10
Qazax - 9,9
Gədəbəy, Oğuz - 9,8
Qax - 9,7
Masallı, Şuşa - 9,6
Qusar - 9,5.
1991-ci ildə ölkədə 1000 nəfərə 26,6 doğum, 1995-ci ildə 18,9 doğum, 2000-ci ildə 14,7 doğum, 2005-ci ildə 16,9 doğum, 2010-cu ildə 18,5 doğum, 2015-ci ildə 17,4 doğum, 2020-ci ildə 12,7 doğum düşüb.
Təbii artım (doğum-ölüm nisbəti) belə dəyişib: 1991-ci il – 20,4 nəfər, 1995-ci il – 12,2 nəfər, 2000-ci il – 8,8 nəfər, 2005-ci il – 10,7 nəfər, 2010-cu il – 12,5 nəfər, 2015-ci il – 11,7 nəfər, 2020-ci il – 5,1 nəfər, 2025-ci il – 3,6 nəfər.