Medianews.az
Azərbaycanın 150 ölkə ilə ticarəti:
214 baxış

Azərbaycanın 150 ölkə ilə ticarəti: İki ayda nə satıb nə almışıq?

Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan 2026-cı ilin yanvar-fevral aylarında 150 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 3,6 milyard dolları, idxal 2,5 milyard dolları ötüb.

Medianews.az bildirir ki, ticarət tərəfdaşlarının ilk üçlüyündə İtaliya, Türkiyə və Çin qərar tutub, ixracda İtaliya, idxalda Çin öndə gəlib.

Statistikaya əsasən, ixracın 7,1 faizindən çoxu MDB ölkələrinə, 66,2 faizindən çoxu Avropa İttifaqı ölkələrinə, 26,5 faizindən çoxu başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 20,52 faiz, Avropa İttifaqının payı 14,46 faiz, başqa ölkələrin payı 65,02 faiz olub.

Qonşu ölkələrə baxanda Ermənistana 4,2 milyon dollar dəyərində məhsul göndərilib, bu ölkədən idxal qeydə alınmayıb.

Gürcüstan 158,3 milyon dollar ixrac, 18,2 milyon dollar idxal, Rusiya 157,7 milyon dollar ixrac, 342,2 milyon dollar idxal, İran 2,3 milyon dollar ixrac, 115,2 milyon dollar idxal, Türkiyə 532,9 milyon dollar ixrac, 344,2 milyon dollar idxal, Qazaxıstan 24,2 milyon dollar ixrac, 41,2 milyon dollar idxal, Türkmənistan 3,8 milyon dollar ixrac, 8,1 milyon dollar idxalla göstərilir.

İxracın 3,1 milyard dollara yaxını neft-qaz sektorunun, 3,9 milyon dolları elektrik enerjisinin payına düşüb.

Qalan əsas üç ixrac məhsulu bunlardır: meyvə-tərəvəz - 144,3 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar - 42,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar - 42 milyon dollar.

İdxalda ilk üçlük belə rəsmiləşib: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri - 647,1 milyon dollar, yeyinti məhsulları - 439 milyon dollar, nəqliyyat vasitələri və onların hissələri - 319,3 milyon dollar.

Bizə qoşulun