Medianews.az
Azərbaycanın neft ixracı:
114 baxış

Azərbaycanın neft ixracı: rəsmi hesabat yayıldı

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2026-cı ilin ilk rübündə Azərbaycandan 2,5 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Medianews.az bildirir ki, əsas ünvanlar belə sıralanıb: İtaliya, Çexiya, Rumıniya, Almaniya, Portuqaliya, Tunis, Bolqarıstan, Xorvatiya, Türkiyə, Fransa.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

İlk rübdə kondensatla birlikdə neft hasilatı 6,6 milyon ton göstərilib.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.

Medianews.az

Bizə qoşulun