Tanınmış aktyor Elşən Hacıbabayev bədbəxt hadisə ilə üzləşib.
Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə sənətçinin yaxın çevrəsi məlumat yayıb.
Məlumata görə, aktyor məşqdən sonra səhhətində qəfil problem yaşayıb və təzyiqinin düşməsi nəticəsində müvazinətini itirərək yerə yıxılıb.
Yıxılma zamanı aldığı zərbə ciddi olub. Nəticədə Elşən Hacıbabayevin ayağı sınıb. Həkim müdaxiləsindən sonra onun ayağına gips qoyulub.
Hazırda aktyorun vəziyyətinin stabil olduğu bildirilir.