Medianews.az
İnterpolun axtardığı İqbal Babayev İstanbulda tutuldu -
140 baxış

İnterpolun axtardığı İqbal Babayev İstanbulda tutuldu - VİDEO

İnqilab Babayev qızıl qaçaqmalçılığı ittihamı ilə Interpol tərəfindən Qırmızı bülletenlə axtarışda olarkən İstanbul şəhərinin Eyüpsultan rayonunda keçirilən xüsusi əməliyyat zamanı tutulub.

Medianews.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Bölməsi tərəfindən aparılan uzunmüddətli əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 38 yaşlı İnqilab Babayevin gizləndiyi ünvan müəyyən edilib.

Xüsusi təyinatlı polis qüvvələrinin keçirdiyi əməliyyat zamanı o, yaşadığı evdə saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, İ.Babayev 2024-cü ildə İstanbul Hava Limanında həyata keçirilən iri qaçaqmalçılıq əməliyyatının təşkilatçısıdır. Həmin əməliyyat zamanı iki təhlükəsizlik əməkdaşının üzərində aparılan axtarış zamanı ümumilikdə 16 kiloqram çəkidə, 32 ədəd qızıl külçəsi aşkarlanaraq müsadirə edilmişdi. Qızılın Dubaydan gətirildiyi müəyyən olunmuşdu.

Hadisə ilə bağlı keçirilən əməliyyatlar zamanı 7 nəfər saxlanılsa da, təşkilatın lideri olduğu bildirilən İ.Babayev həmin vaxt qaçmağa nail olmuşdu. Onun bir müddət əvvəl ailəsini İstanbula çağırması hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və bundan sonra izləmə tədbirləri intensivləşdirilib.

Toplanan sübutlar əsasında keçirilən son əməliyyat nəticəsində saxlanılan İ.Babayev polis bölməsinə aparılıb. İstintaq hərəkətləri tamamlandıqdan sonra o, məhkəmənin qərarı ilə həbs edilərək istintaq təcridxanasına göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Medianews.az 

Bizə qoşulun