Medianews.az
Azərbaycanlılar ən çox bu məsələlərdən
84 baxış

Azərbaycanlılar ən çox bu məsələlərdən şikayətçidir (SİYAHI)

2025-ci ildə "916” Çağrı Mərkəzinə daxil olan müraciətlər arasında ən çox kommunal problemlərlə bağlı şikayətlər qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. 

Statistik göstəricilərə əsasən, kommunal problemlər üzrə müraciətlərin sayı 1172 təşkil edib. Belə ki, bir qədər az fərqlə ünvanlı dövlət sosial yardımı ilə bağlı 1171 müraciət daxil olub. İlk onluqda yer alan digər müraciətlər sırasında isə müayinə və müalicə məsələləri (755), Dövlət Yol Polisinin fəaliyyəti (712), qeyri-obyektiv təhqiqat və istintaq halları (702), məhkəmə qərarının icra olunmaması (627), əlilliyin müəyyən edilməsi (616), müraciətin qeydə alınmaması (602), aliment məsələləri (602) və məşğulluq istiqamətində (599) müraciətlər yer alıb. 

Bundan əlavə, statistikada ən az müraciət qeydə alınan sahələr də açıqlanıb. Belə ki, miqrasiya məsələləri ilə bağlı 46, uşaq zorakılığı üzrə 37, gömrük məsələləri üzrə 31, məhkəmə qərarının verilməməsi ilə bağlı 22, cinsi zorakılıq mövzusu üzrə isə cəmi 13 müraciət daxil olub.

Bizə qoşulun