Azərbaycanın I Liqa klubu "Mingəçevir" Bahadur Həziyevi transfer edib.
Medianews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
B.Həziyev daha əvvəl "Şamaxı", "Səbail" və MOİK-in də formasını geyinib.
Qeyd edək ki, "Mingəçevir" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.
