İstəsək də, istəməsək də, hər birimiz həyatımızın müəyyən dövründə tənhalıq hissi ilə qarşılaşmalı oluruq. Əgər tənha qalmaq fikri – istər müvəqqəti, istərsə də daimi sizi narahat edirsə, peşəkar psixoterapevtlərin tövsiyə etdiyi üsullarla bu hiss üzərində işləməyə cəhd edə bilərsiniz.
Medianews.az Lent.az-a istinadən bu mövzu ilə bağlı məlumatları təqdim edir:
Tənhalıq hissini qəbul etmədən onun öhdəsindən gələ bilməzsiniz.
Mütəxəssislərin sözlərinə görə, bu hiss insanın öz həssaslığını qəbul etməli olduğuna dair bir siqnaldır. Emosional vəziyyətinizdəki dəyişiklikləri fərq etmək, özünüzü daha yaxşı hiss etməyə doğru atılan ilk addımdır.
Ünsiyyət axtarın
Emosional vəziyyəti sabitləşdirmək üçün ətrafınızdakı insanlarla əlaqəni qoruyun. Yalnız yaxınlarla ünsiyyətlə kifayətlənməyin, yeni insanlarla tanış olmaq üçün yaranan hər fürsətdən istifadə edin.
Sosial şəbəkələrdə və messencerlərdə mesaj yaza, mağazada kassirlə və ya növbədə arxanızda dayanan biri ilə bir neçə söz danışa bilərsiniz.
Emosiyaları ifadə edin
Tənhalıq anlarında yalnız ətrafdakılarla deyil, özünüzlə də əlaqə qurmağa çalışmaq vacibdir. Bunun üçün nə etmək olar?
Çox sadə şəxsi gündəlik tutun. Gündəlik sizə bir qədər yavaşlamağa, düşüncələrinizi toplamağa və özünüzü daha yaxşı anlamağa kömək edəcək.