zərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə məğlubiyyətdən sonra sıralamada da geriləyib.
Oxu.Az xəbər verir ki, o, yüngül çəkinin reytinq cədvəlində 9-cu yerdən 11-ci sıraya enib.
Fiziyevi məğlubiyyətə uğradan braziliyalı Ruffi isə beş pillə yüksələrək 9-cu yerin yeni sahibi olub.
Qeyd edək ki, siyahıya İliya Topuriya başçılıq edir.