Medianews.az
"Atletiko" daha bir futbolçunun
56 baxış

"Atletiko" daha bir futbolçunun transferini açıqlayıb

İspaniyanın "Atletiko" klubu daha bir futbolçunun transferini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

ABŞ-nin "Sietl Saunders" komandasında çıxış edən Obed Qomes Varqas heyətə cəlb olunub.

20 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Atletiko" daha əvvəl İtaliyanın "Atalanta" klubundan Nigeriya millisinin üzvü Ademola Lukmanın keçidini açıqlayıb.

Bizə qoşulun