Ötən gündən paytaxt Bakıda davam edən güclü külək nəticəsində 1 ağac sınıb.
Bu barədə Bizim.Media-nın sorğusuna Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində ağac aşıb.
Qeyd edilib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağac kəsilib, ərazi təmizlənib.
03.02.2026, 15:52
49 baxış
Lamiyə