Medianews.az
Cinsi istismarda ittiham olunan şəxs küçədə yarıçılpaq gəzdirildi -
164 baxış

Cinsi istismarda ittiham olunan şəxs küçədə yarıçılpaq gəzdirildi - VİDEO

Hindistanda Məhəmməd adlı şəxsin bir neçə 10 yaşlı qız uşağını istismar etdiyi iddiası ictimai narazılığa səbəb olub.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Madhya Pradesh ştatının Chhatarpur şəhərində baş verib.

Hadisədən sonra bölgədə gərginlik artıb. İddialara görə, şübhəli təzyiqlərdən yayınmaq üçün hotellərdən birində gizlənib. Lakin toplaşan sakinlər onu yarıçılpaq vəziyyətdə küçədə gəzdiriblər.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Əraziyə cəlb olunan polis əməkdaşları şübhəlini kütlənin əlindən alaraq polis bölməsinə aparıb. Hüquq mühafizə orqanları istismar iddiaları üzrə cinayət işi açıldığını və araşdırmanın davam etdiyini bildirib. Şübhəliyə qarşı zorakılıqla bağlı insident də ayrıca araşdırılır.

Hadisə ölkədə azyaşlılara qarşı cinayətlər və kütləvi özbaşına cəza halları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Medianews.az

Bizə qoşulun