Bakı metropoliteninin "28 May" stansiyasında qatar yoluna düşərək həyatını itirən şəxsin kimliyi müəyyənləşib.
Medianews.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qatar yoluna düşən şəxs Elnur İlqar oğlu Ağayevdir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, aprelin 21-də saat 20:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası 2004-cü il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktını qeydə alıb.