Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb.
Medianews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 27-si saat 20:00-a olan məlumata əsasən, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195%-ni təşkil edir.