Aparıcı Mətanət Əliverdiyeva ailəsindəki telefon asılılığından gileylənib.
Aparıcı bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, övladlarının telefondan ayrıla bilməməsindən şikayətlənib:
"Evə gedəndə telefona nadir hallarda baxaram. Telefona nifrət edirəm. Evdə baxıram ki, oğullarımın hərəsinin əlində bir telefon, oturublar. Deyirəm ki, salam, ananız gəldi.
Dünən isə gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki, mən evə gəlmişəm. Mənə yazır ki, evə gəlirsən? Dedim ki, sən telefonda ayılsan, bilərsən ki, anan artıq iki saatdır evdədir. Necə əsəbiləşdimsə...".(axsam.az)
04.07.2026, 06:12
151
baxış
Zara Editor