Medianews.az
"Barselona"nın futbolçusu əfsanənin
153 baxış

"Barselona"nın futbolçusu əfsanənin rekordunu təkrarladı

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klub tarixində Niderland futbolçuları arasında bütün turnirlər üzrə ən çox oyun keçirənlərdən biri kimi rekordu təkrarlayıb.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, bu hadisə Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya qarşı keçirilən cavab matçında (2:1) baş verib.

28 yaşlı futbolçunun “Barselona” forması ilə keçirdiyi oyunların sayı 292-yə çatıb. Eyni göstəriciyə əfsanəvi həmyerlisi Fillip Koku da imza atıb.

“Barselona” tarixində ən çox oyun keçirən niderlandlı futbolçuların ilk onluğu belədir:

292 – Frenki de Yonq
292 – Fillip Koku
264 – Ronald Kuman
257 – Patrik Klyuvert
255 – Mixael Raytsiger
214 – Frank de Bur
183 – Yohan Neskens
180 – Yohan Kroyf
154 – Covanni van Bronkhorst
144 – Rud Hesb

Bizə qoşulun