Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin mənəvi vəziyyəti ilə bağlı danışıb.
Medianews.az-ın məlumatına görə, Skaloni bildirib ki, komanda çətin günlərdə Messinin yanındadır və ona tam dəstək verir.
Qeyd edək ki, son günlər bəzi KİV-lərdə futbolçunun atasının ağır xəstə olması, hətta vəfat etməsi ilə bağlı xəbərlər yayılmışdı. Daha sonra həmin məlumatların həqiqəti əks etdirmədiyi açıqlanıb.
Xatırladaq ki, Messi dünya çempionatında Əlcəzairlə oyunda het-trik edərək Argentinanın 3:0 hesablı qələbəsində əsas pay sahibi olmuşdu.
Medianews.az