Medianews.az
Transfer siqnalı:
78 baxış

Transfer siqnalı: Mbappe Bekhemin təklifini AÇIQLADI

Fransa millisinin və “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe gələcəkdə ABŞ-də çıxış edə biləcəyini istisna etməyib.

Medianews.az-ın məlumatına görə, 27 yaşlı futbolçu bildirib ki, Devid Bekhem ona MLS-də oynamağı təklif edib.

“ABŞ mədəniyyəti həmişə xoşuma gəlib. Orada ambisiyaların həddi yoxdur. Gələcəkdə MLS-də oynaya bilərəm. Dəqiq bilmirəm, amma Devid Bekhem mənə belə bir təklif edib”, – deyə Mbappe bildirib.

Qeyd edək ki, Bekhem hazırda “İnter Miami” klubunun həmsahiblərindən biridir. Komandada Argentina millisinin kapitanı Lionel Messi çıxış edir.

Medianews.az

Bizə qoşulun