Medianews.az
Ən qollu çempionat hansıdır? - 1930-2026-cı illər -
162 baxış

Ən qollu çempionat hansıdır? - 1930-2026-cı illər - QOL STATİSTİKASI

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 23-cü dünya futbol çempionatında 40 oyun geridə qalıb, qapılara 121 top vurulub. Bu, hər matça orta hesabla 3,03 qol deməkdir.

Medianews.az bildirir ki, əvvəlki 22 çempionatda ən yuxarı göstərici 1954-cü ildə, ən aşağı göstərici 1990-cı ildə qeydə alınıb.

1930-cu ildə keçirilmiş ilk dünya çempionatında hər oyuna orta hesabla 3,89 qol düşüb.

Qalan çempionatlarda orta məhsuldarlıq belə olub:

1934-cü il - 4,12

1938-ci il - 4,67

1950-ci il - 4

1954-cü il - 5,38

1958-ci il - 3,6

1962 və 1966-cı illər - 2,78

1970-ci il - 2,97

1974-cü il -2,55

1978-ci il - 2,68

1982-ci il - 2,81

1986-cı il - 2,54

1990-cı il - 2,21

1994-cü il - 2,71

1998 və 2014-cü illər - 2,67

2002-ci il - 2,52

2006-cı il - 2,3

2010-cu il - 2,27

2018-ci il - 2,64

2022-ci il - 2,69.

1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun