İtaliyanın Baş naziri Ciorcia Meloni uşaqlıq illərini keçirdiyi məhəlləyə səfəri zamanı köhnə qonşuları ilə görüşüb.
Medianews.az xəbər verir ki, sakinlərin böyük marağı ilə qarşılanan Meloni insanları salamlayarkən əlil arabasında olan yaşlı kişini görərək onun yanına yaxınlaşıb.
Vaxtının məhdud olduğunu bildirsə də, keçmiş qonşusu ilə səmimi söhbət edib.
94 yaşlı kişi onların illər əvvəl tanış olduqlarını xatırladaraq, “Məni yəqin ki, xatırlamazsan” deyib. Meloni isə “Necə xatırlamaram” cavabını verib.
Baş nazir daha sonra alqışlar altında ərazidən ayrılıb.
Medianews.az