"Bavariya"nın hücumçusu Nikolas Cekson icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra, yayda "Çelsi"yə geri dönəcək.
Medianews.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib
Mənbə bildirir ki, "Bavariya" rəhbərliyi və baş məşqçi Vensan Kompani futbolçunun oyunundan və peşəkarlığından razıdırlar. Buna baxmayaraq, icarə müddətinin uzadılmaması qərara alınıb və hazırda oyunçunun ikinci dəfə icarəyə götürülməsi və ya transfer hüquqlarının tam alınması ilə bağlı heç bir danışıq aparılmır. Digər klubların da böyük maraq dairəsində olan Cekson, ilk növbədə "Çelsi"yə qayıtmalı olacaq.
24 yaşlı forvard Almaniya çempionatının cari mövsümündə keçirdiyi 19 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Çempionlar Liqasında 8 oyuna çıxaraq 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.//Operativ Media