Almaniyanın "Bavariya" klubu müdafiəçisi Dayot Upamekano ilə yeni müqavilə bağlayıb.
Medianews.az Reporta istinadən xəbər verir ki, 27 yaşlı fransalı futbolçu ilə yeni sözləşmənin müddəti 2030-cu ilin yayına qədərdir.
Upamekano 2021-ci ildən "Bavariya"nın formasını geyinir.
Qeyd edək ki, futbolçu cari mövsümdə bütün turnirlərdə ümumilikdə 28 oyuna çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.