Medianews.az
Məşhur aktrisa ekrana qayıdır –
134 baxış

Məşhur aktrisa ekrana qayıdır – Qonorarı açıqlandı

Türkiyəli aktrisa Pınar Dəniz uzun fasilədən sonra yeni layihə ilə ekranlara qayıdır.

Medianews.az xəbər verir ki, o, “Disney Plus” platformasında yayımlanacaq “Dönence” serialında Kıvanç Tatlıtuğ ilə birgə baş rola çəkiləcək.

Pınar Dəniz serialda Yasemin obrazını canlandıracaq.

Serial 8 bölümdən ibarət olacaq.

Məlumatlara görə, Kıvanç Tatlıtuğ hər bölüm üçün 4 milyon lirə (təxminən 155 min manat), Pınar Deniz isə 3 milyon lirə (təxminən 116 min manat) qonorar alacaq.

Ümumilikdə 8 bölümə görə Tatlıtuğun 40 milyon lirəyə (təxminən 1 milyon 600 min manat), Dənizin isə 24 milyon lirəyə (təxminən 935 min manat) pul qazanacağı deyilir.

Medianews.az

Bizə qoşulun