“Bayern” “Qalatasaray”ın hücumçusu Viktor Osimhenlə maraqlanır.
Medianews.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı “Bayern”in insayderlərindən biri olan Ekrem Konur “Facebook” səhifəsində paylaşıb.
Mənbənin məlumatına görə, nigeriyalı hücumçu Münhen klubu tərəfindən hücum xəttini gücləndirmək üçün namizəd kimi nəzərdən keçirilir. “Bayern” rəhbərliyi onun transfer ehtimalını qiymətləndirir və vəziyyəti izləyir.
Qeyd olunur ki, digər Avropa klubları da Osimhenlə maraqlanır, ona görə də oyunçu uğrunda mübarizə növbəti transfer pəncərəsində başlaya bilər.
Hücumçu bu mövsüm klubun heyətində bütün yarışlarda 22 oyunda 15 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” 27 yaşlı futbolçunu 75 milyon avro dəyərində qiymətləndirir.