Medianews.az
Ermənistan bu şəxsləri
72 baxış

Ermənistan bu şəxsləri Rusiyaya verməyəcək

Rusiyada siyasi səbəblərə görə təqib edilən vətəndaşların Ermənistanda saxlanılması və ya ölkədən deportasiya edilməsi ehtimalı yoxdur.

Medianews.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan "Dojd" telekanalına verdiyi müsahibədə deyib. 

"Ermənistandan heç kəs deportasiya edilməyib. Əgər bir şəxs qanunlarımızı pozmursa, ona qarşı heç bir cinayət işi qaldırılmır. İnsanların saxlanıldığı hallar olub, lakin vəziyyət aydınlaşdırıldıqdan sonra bu təcrid olunmuş işlər onların azad edilməsi ilə başa çatıb", - deyə Simonyan bildirib. 

O, Ermənistanda axtarışda olan bir çox insanın, "zorakılıq, qətl və korrupsiyada ittiham olunan keçmiş siyasi xadimlərin hazırda Rusiya Federasiyasında gizləndiyini" vurğulayıb.

"Sizə zəmanət verirəm ki, siyasi səbəblərə görə heç bir şəxs saxlanılmayacaq və ya başqa, üçüncü ölkəyə deportasiya olunmayacaq. Mən buna rəsmi olaraq zəmanət verirəm. Buraya çoxlu insan gəlir, çoxlu sənətçi, xarici agent elan edilmiş çoxlu məşhur insan və sair. Onlar burada konsert verir", - deyə Ermənistan parlamentinin spikeri bildirib.

Bizə qoşulun