Medianews.az
Yalandır, mən Ramiz Mehdiyevə
89 baxış

Yalandır, mən Ramiz Mehdiyevə hücum etmirəm

Xalq yazıçısı Çingiz Abdullayevin ötən gün yazdığı status qalmaqal yaradıb.

Medianews.az xəbər verir ki, Ç.Abdullayev dil və ədəbiyyat təbliğatındakı çətinliklərdən bəhs etmişdi.

“Azərbaycan ədəbiyyatı və dilini təbliğ etmək üçün artıq iki ildir ki, sanki alçalaraq pul istəyirik. Bəlkə mənimsənmiş pulların bir faizini mədəniyyətin təbliğatı üçün xərcləməyə qərar vermək lazımdır?” - o bildirmişdi.

Xalq yazıçısının bu sözləri Ramiz Mehdiyevin evindən yayılan görüntülər fonunda şərh edilmişdi. Belə ki, bəzi media qurumları Ç.Abdullayevin R.Mehdiyevin evindən çıxan 17 milyon manatı nəzərdə tutduğunu bildirmiş və xəbəri də bu cür yaymışdı.

Ç.Abdullayevə irad bildirənlər də olmuşdu. Belə ki, xalq yazıçısı statusunu həm də rusca paylaşmışdı. İctimai fəallar isə Azərbaycan dili təbliğatı aparmaq üçün pul istəyən birinin rusca paylaşım etməsinə rişxənd etmişdilər.

Ç.Abdullayev bu gün iddialara aydınlıq gətirib. O, “Ç.Abdullayev R.Mehdiyevdən pul istədi” başlığı ilə yayılan xəbəri paylaşaraq, buna qəti etiraz edib:

“Bu yalandır. Mən heç vaxt dəstə halında hücum etmirəm. Mən mədəniyyət üçün faiz haqqında yazdım. Oğurlanan bütün pullardan. Mən heç vaxt işindən qovulanlara hücum etmirəm”.

     

    Bizə qoşulun