Medianews.az
Bayram tonqalları niyə təhlükəyə çevrilir? –
146 baxış

Bayram tonqalları niyə təhlükəyə çevrilir? – Mütəxəssislər səbəbləri açıqlayır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşları bayram günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

"Tonqalların yandırılması zamanı oduncaq kütləsinin həcmi və hündürlüyünün düzgün seçilməməsi, tonqalın bina və qurğulara təhlükəli məsafədə yerləşdirilməsi, həmçinin benzin və digər tezalışan, partlayış təhlükəli mayelərdən istifadə olunması kimi kobud pozuntulara yol verilir. Nəticədə insanların həyat və sağlamlığına, əmlaka və ətraf mühitə ciddi ziyan vuran yanğın və partlayış hadisələri qeydə alınır”, – məlumatda qeyd olunub.

Medianews.az bildirir ki, bu qədər çağırışlara baxmayaraq, hələ də bədbəxt hadisələrin baş verməsi əsasən məsuliyyətsizlik, təhlükəsizlik qaydaları barədə məlumatlılığın aşağı olması və bəzi hallarda risklərin düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilir.

Mütəxəssislər vurğulayırlar ki, bayram ənənələrinin təhlükəsiz şəkildə icra olunması üçün tonqallar yalnız açıq və təhlükəsiz ərazilərdə yandırılmalı, tezalışan mayelərdən istifadə edilməməli, eləcə də uşaqların tonqal ətrafında nəzarətsiz qalmasına yol verilməməlidir. Bu qaydalara əməl olunması mümkün faciələrin qarşısını almaqda mühüm rol oynayır. 

Bizə qoşulun