“Qarabağ”ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.
Medianews.az xəbər verir ki, klubdan verilən məlumata görə, Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.
Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək.
Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” kollektivi ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək.
Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.