Medianews.az
Bədbəxt insanların ən çox işlətdiyi
179 baxış

Bədbəxt insanların ən çox işlətdiyi 3 CÜMLƏ  

Psixoloqlar bildirir ki, emosional çətinlik yaşayan insanlar tez-tez eyni mənfi ifadələri təkrarlayır və bu düşüncə tərzi həyatın bütün sahələrinə təsir edir.

Medianews.az xəbər verir ki, mütəxəssislərə görə, belə insanlarda özünü az qiymətləndirmək, yüksək stress, narahatlıq və neqativ düşüncə üstünlük təşkil edir.

Ən çox işlədilən 3 ifadə bunlardır:

“Məndə heç nə alınmır” – tək bir uğursuzluq ümumiləşdirilərək həyatın bütün sahələrinə aid edilir və uğurlar görməzlikdən gəlinir.

“Həmişə eyni şeydir” – həyat monoton və mənasız kimi qəbul olunur, insan müsbət dəyişiklikləri fərq etmir.

“Onsuz da pis olacaq, niyə cəhd edim?” – insan əvvəlcədən uğursuzluğa inanır və heç cəhd etmədən geri çəkilir.

Psixoloqlar vurğulayır ki, bu kimi düşüncə və ifadələri dəyişmək emosional vəziyyətin yaxşılaşmasına ilk addımdır. Əgər bu hallar gündəlik həyata ciddi təsir edirsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun