Hindistanda keçirilən bıçaq nümayişi zamanı baş verən qəza ölümlə nəticələnib.
Medianews.az xəbər verir ki, 21 yaşlı gənc çıxış zamanı sinəsinə dəyən bıçaq zərbəsi nəticəsində həyatını itirib.
Hadisə anı kameralara düşüb. Görüntülərdə performansın bir anda nəzarətdən çıxdığı və gəncin sinə nahiyəsindən xəsarət aldığı görünür.
Ətrafdakıların müdaxiləsinə baxmayaraq, ağır yaralanan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb. Hadisənin qəza və ya səhlənkarlıq nəticəsində baş verdiyi müəyyənləşdirilir, eyni zamanda təhlükəsizlik tədbirləri də yoxlanılır.
Medianews.az