Böyük Britaniya İranla bağlı əməliyyatlar çərçivəsində ABŞ-nin hərbi bazalardan istifadə tələbinə razılıq verib.
Medianews.az xəbər verir ki, bununla bağlı Britaniyanın baş naziri Kir Stramer məlumat verib.
O bildirib ki, qərar bölgədə artan raket və pilotsuz uçuş aparatı təhdidlərinin qarşısını almaq, həmçinin Britaniya vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, bazalar ABŞ-nin “məhdud və müdafiə xarakterli” əməliyyatları üçün açılıb.
Baş nazir qeyd edib ki, addım İranın raket hücumlarını önləmək, mülki əhalini qorumaq və münaqişəyə tərəf olmayan ölkələrin hədəfə alınmasının qarşısını almağa yönəlib.
Starmer həmçinin xatırladıb ki, daha əvvəl Fransa və Almaniya ilə birgə bəyanatda ABŞ və İsrailin İrana qarşı mümkün addımlarına dəstək ehtimalı müzakirə olunub. Bəyanatda bölgədəki maraqların və müttəfiqlərin qorunması üçün “zəruri və proporsional müdafiə tədbirlərinin” dəstəklənə biləcəyi vurğulanıb.
Medianews.az