Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.
Medianews.az "Yeni Sabah"-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 550 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.



