Medianews.az
CAR-da atışma nəticəsində on nəfər ölüb, xəsarət alanlar var
59 baxış

CAR-da atışma nəticəsində on nəfər ölüb, xəsarət alanlar var

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhəri yaxınlığındakı qəsəbədə baş verən atışma nəticəsində azı 10 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə AFP polisə istinadən xəbər yayıb.

Məlumata görə, naməlum hücumçular şəhərdən 40 kilometr cənub-qərbdə yerləşən Bekkersdalda atəş açıblar.

Hücum edənlərin küçədəki insanlara qarşı ayrı-seçkilik etmədən atəş açdıqları bildirilir.

Hüquq-mühafizə orqanları hadisənin səbəbini araşdırır.

Bizə qoşulun