Medianews.az
Məşhur aktyor öldü
52 baxış

Məşhur aktyor öldü

Məşhur "İşıqları sınmış küçələr" teleserialında rol almış tanınmış teatr və kino aktyoru Nikolay Denisov 80 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Kino-teatr.ru" portalı məlumat yayıb.

Portalın məlumatına görə, aktyor 19 dekabrda vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.

Denisov 1 oktyabr 1945-ci ildə anadan olub. 1970-ci ildə Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu-red.) aktyorluq fakultəsini oxuyub və orada professor T.Q.Soynikovanın rəhbərliyi altında təhsil alıb. O, məzun olduqdan sonra A.S.Puşkin adına Pskov Dram Teatrında aktyor kimi çalışıb. Denisov həmçinin 10 il "Na Liteini" Leninqrad Regional Teatrında da aktyor kimi işləyib. 2005-ci ildən Sankt-Peterburq Dövlət Teatrı "Benefis"də, 2021-ci ildən isə Moskva Dram Truppasının "Səyyah Ulduzlar"ında aktyor kimi fəaliyyət göstərirmiş. O, Rusiya Federasiyasının əməkdar artistidir (2005).

Bundan başqa, Denisov şair və dramaturq idi. Onun şeirləri əsasında hazırlanan mahnıları Valeri Leontyev, Lyudmila Qurçenko, Nikolay Karaçentsov, Edita Piexa, Nadejda Babkina, Larisa Dolina, Mixail Boyarski, Filipp Kirkorov, Mixail Şufutinski, Nikolay Baskov, Maksim Averin və başqa məşhurlr ifa ediblər.

Bizə qoşulun