Medianews.az
"Çelsi" kapitanı ilə bağlı
123 baxış

"Çelsi" kapitanı ilə bağlı qərar verdi

İngiltərənin "Çelsi" klubu ulduz müdafiəçisi Ris Ceymsi komandada saxlamaq qərarına gəlib.

Medianews.az xəbər verir ki, London təmsilçisi kapitanı ilə mövcud sözləşməni yeniləyərək, müddəti 2032-ci ilin yayına qədər uzadıb.

Xatırladaq ki, 26 yaşlı oyunçunun klubla bundan əvvəlki müqaviləsi 2028-ci ilin iyun ayında başa çatmalı idi.

Qeyd edək ki, bilavasitə "Çelsi" akademiyasının yetirməsi olan və eyni zamanda İngiltərə milli komandasının şərəfini qoruyan 26 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə aktivliyi ilə seçilib. O, London klubunun forması ilə meydana çıxdığı 35 qarşılaşmada iki dəfə rəqib qapısına yol tapıb və yeddi məhsuldar ötürmə ilə yadda qalıb./oxu.az

Bizə qoşulun