Medianews.az
Çempionlar Liqasında neçə qalib var?
123 baxış

Çempionlar Liqasında neçə qalib var?

UEFA-nın baş klub turniri olan Çempionlar Liqasının 2025-2026 mövsümündə dörddə bir finaladək gəlmiş komandaların 5-i titulludur.

Medianews.az bildirir ki, 1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 15, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, PSJ 1 dəfə qalib olub.

82 komandanın buraxıldığı mövsümdə 14 komanda birinci, 15 komanda ikinci, 10 komanda üçüncü, 7 komanda dördüncü təsnifatda ələnib, 12 komanda liqa mərhələsində, 16 komanda sonrakı iki raundda sıradan çıxıb.

Final matçı mayın 30-u Macarıstanın paytaxtı Budapeştdə oynanacaq.

Medianews.az

Bizə qoşulun